JURNAL HAQQINDA QISA MƏLUMAT
Təsisçi |
Azərbaycan Memarlıq və İnşaat Universiteti (Mexanika kafedrası). |
Bölmələr |
Mexanika, İnşaat konstruksiyaları, Tətbiqi riyaziyyat, Fizika və Energetika Mühəndisliyi bölmələri |
İl (hansı ildən nəşr olunur) |
2020-ci il. |
Dövriliyi |
İldə dörd nömrədə. |
Dillər |
Azərbaycan və ingilis dillərində. |
Ünvan |
Bakı-1073/1, A.Sultanova küç. 11, AzMİU-nun əsas binası, 614-cü otaq. Mexanika kafedrası. |
Telefon |
Tel.: (+994 12) 539 10 45 (6-39) Tel.: (+994 12) 539 06 08 Mob.: (+994 50) 353 82 05 |
Elektron ünvan |
Web: www.azmiu.edu.az, E-mail: info@engineeringmechanics.az |
JURNALIN NƏŞRİNƏ DAİR TARİX
Jurnalın nömrəsi |
1-2 |
3-4 |
Məqalələrin son təqdimetmə tarixi |
aprel |
oktyabr |
Jurnalın nəşr tarixi |
iyun |
noyabr |
Qeyd. Hal- hazırda 2022-ci il üçün məqalələrin toplanmasına başlaqnmışdır.
MÜHƏNDİS MEXANİKASI jurnalı haqqında ümumi
M Ə L U M A T
Mühəndis mexanikası jurnalı dövrü nəşr olub, Azərbaycan Memarlıq və İnşaat universitetində 2020-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır.
Jurnalın təsisçisi Azərbaycan Memarlıq və İnşaat Universiteti və AzMİU-nun Mexanika kafedrasıdır. Jurnal ildə dörd nömrədə nəşr olunması gözlənilir.
Beynəlxalq miqyaslı elmi-texniki jurnal kimi nəşr olunan bu jurnalda deformasiya olunan bərk cisimlər mexanikası, elastiklik və plastiklik nəzəriyyəsi, ümumi mexanika, inşaat mexanikası, materiallar müqaviməti, hidromexanika və aeromexanika sahəsində əvvəllər çap olunmamış və digər jurnallara göndərilməmiş məqalələr çap olunur. Belə ki, məqalələr doktorantların, elmi işçilərin apardıqları nəzəri və təcrübi tədqiqatların yeni nəticələrini ümumiləşdirən və aktual mövzuları əhatə edən materiallar olmalıdır.
Mühəndis mexanikası jurnalı 23.07. 2019-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmışdir (reyestr № 4245).
Mühəndis mexanikası jurnalı Ali Attestasiya Komissiyasında dissertasiyaların nəticələrinin çap olunmasının tövsiyyə edildiyi jurnallar siyahısına daxil ediləcəkdir.
Jurnalın AzMİU-nun rəhbəliyi tərəfindən təsdiq edilmiş nizamnaməsi, redaksiya heyəti və məsləhət şurası vardır. Jurnalın redaksiya heyəti baş redaktordan, baş redaktorun müavinindən, məsul redaktordan və 26 nəfər redaksiya şurasından ibarətdir. Redaksiya şurasına respublikamızın mexanika sahəsində çalışan tanınmış alimləri daxil edilmişdir. Jurnalın redaksiya şurasına daxil olan alimlərdən iki nəfəri AMEA-nın akademiki, üç nəfəri AMEA-nın müxbir üzvüdür. (Redaksiya heyətinə bax).
Jurnalın məsləhət şurasına xarici ölkələrdə mexanika sahəsində çalışan tanınmış alimlər daxil edilmişdir.
Jurnal əsas elmi-tədqiqat bölməsi, tənqid və biblioqrafiya bölməsi, müəlliflər üçün məqalələrin hazırlanma qaydasını ifadə edən məlumat bölməsindən ibarətdir.
Mühəndis mexanikası jurnalı respublikamızın bütün ali məktəblərini və AMEA-nın elmi-tədqiqat İinstitutlarını, layihə və konstruktor bürolarını əhatə edir. Jurnal beynəlxalq miqyaslı elmi-texniki jurnal olduğundan, xarici ölkələrdən də məqalələr qəbul edir.
Nəşr olunan jurnal respublikamızın bütün ali məktəblərinin kitabxanalarına, elmi - texniki kitabxanalara və AMEA-nın kitabxanalarına göndərilir. (Jurnalın göndərildiyi kitabxanaların siyahısı aşağıda verilir).
Mühəndis mexanikası jurnalında azərbaycan və ingilis dillərində məqalələr çap olunur. Məqalələrin hazırlanma qaydası “müəlliflərin nəzərinə” bölməsində verilmişdir.
Jurnalın maliyyə vəsaiti onun çapına çəkilən xərclərdən ibarətdir. Maliyyə xərcləri jurnala məqalə təqdim etmiş müəlliflərin və AzMİU-nun ayırdığı vəsait hesabına ödənilir. Jurnalın gələcək inkişafını təmin etmək məqsədi ilə xüsusi hallarda xarici ölkələrdən göndərilən qrantlara da ehtiyacı olacaqdır. Jurnalın redaksiya heyətinin üzvləri ictimai əsaslarla xidmət edirlər (əmək haqqı almırlar).
Mühəndis mexanikası jurnalının redaksiyası Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mexanika” kafedrasında yerləşir.