Azərbaycan Memarlıq və İnşaat Universiteti
Mühəndis mexanikası jurnalının 5-ci sayı artıq hazırdır
Baş redaktorlar
Ramiz İskəndərov
Riyaziyyat üzrə elmləri doktoru, professor, Mexanika kafedrası, AzMİU
Fuad Lətifov
Fizika-riyaziyyat elmləri doktoru, professor. Ali riyaziyyat kafedrası, AZMİU
Reyhan Əkbərli
Riyaziyyat üzrə fəlsəfə doktoru, Mexanika kafedrası, AzMİU
Mühəndis mexanikası jurnalı
Biz kimik?
Bizi daha yaxından tanıyın

Mühəndis mexanikası jurnalı dövrü nəşr olub, Azərbaycan Memarlıq və İnşaat universitetində 2020-ci ilin yanvar ayından fəaliyyətə başlamışdır. Beynəlxalq miqyaslı  elmi-texniki jurnal kimi nəşr olunan bu jurnalda deformasiya olunan bərk cisimlər mexanikası, elastiklik və plastiklik nəzəriyyəsi, ümumi mexanika, inşaat mexanikası, materiallar müqaviməti, hidromexanika və aeromexanika sahəsində əvvəllər çap olunmamış və digər jurnallara göndərilməmiş məqalələr çap olunur. Belə ki, məqalələr doktorantların, elmi işçilərin apardıqları nəzəri və təcrübi tədqiqatların yeni nəticələrini ümumiləşdirən və aktual mövzuları əhatə edən materiallar olmalıdır. Jurnal Mexanika, İnşaat konstruksiyaları, Tətbiqi riyaziyyat, Fizika və Energetika Mühəndisliyi bölmələri ilə əhatə olunmuşdur. 

Oxuma nöqtələri
Jurnalı əldə edə biləcəyiniz kitabxanalar
  • AMEA-nın mərkəzi kitabxanası.
  • AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun kitabxanası.
  • M.F. Axundov adına respublika kütləvi kitabxanası.
  • Respublika elmi-texniki kitabxanası.
  • Bakı Dövlət Universitetinin kitabxanası.
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin kitabxanası.
  • Azərbaycan Texniki Universitetinin kitabxanası.
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası.
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin kitabxanası.
  • Ali Attestasiya Komissiyası.
Ən müasir yeniliklərlə zəngin
Elmi məqalə
250+
Redaktor
25+
Tiraj
2000
Elə indi hesab yaradaraq saytımıza üzv ola bilərsiniz.